"The Guardian" araşdırdı: ABŞ müdafiə naziri Pit Heqset nədən qorxur?


ABŞ Müdafiə naziri Pit Heqset vəzifəyə gəldiyi gündən orduda köklü təmizləmələrə başlayıb.

AFN.az xəbər verir ki, bu barədə "The Guardian" qəzetinin məqaləsində əksini tapıb. Bildirilir ki, o, "oyanmış" (woke) adlandırdığı hərbi ruhu dəyişmək bəhanəsi ilə indiyədək heç bir iş qüsuru olmayan 24 general və yüksək rütbəli komandiri istefaya göndərib.

Məqalədə qeyd edilir ki, işdən çıxarılanların təxminən 60%-i qaradərili hərbçilər və qadınlardır. Bu, administrasiyanın DEI (müxtəliflik, bərabərlik və inklüzivlik) siyasətinə qarşı elan etdiyi mübarizənin tərkib hissəsi kimi qiymətləndirilir.

Ordu Qərargah rəisi general Rendi Corc, nazirin iki qaradərili və iki qadın zabiti yüksəliş siyahısından çıxarmaq əmrini yerinə yetirmədiyi üçün işdən qovulub. Daha əvvəl isə Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Key Key Braun və Hərbi Dəniz Əməliyyatlarının ilk qadın rəhbəri Liza Franketti də vəzifələrini itiriblər.

Pentaqon daxilindəki mənbələr keçmiş "Fox News" aparıcısı olan Heqseti "paranoik" biri kimi təsvir edirlər. Bildirilir ki, o, Donald Tramp tərəfindən işdən qovulacağından ciddi şəkildə qorxur. Nazirin rəsmi iclaslara həyat yoldaşı Cennifer ilə gəlməsi və qardaşı Fili özünə baş müşavir təyin etməsi Pentaqon əməkdaşları arasında təəccüb doğurub.

Analitiklər hesab edirlər ki, nazirin bu addımları Trampın ikinci müddəti üçün hazırlanmış radikal "Layihə 2025" (Project 2025) planı ilə tam üst-üstə düşür.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu