Media: Qəzzada 8 minə yaxın cəsədin dağıntılar altında qaldığı təxmin edilir


Qəzza zolağında iki il davam edən dağıdıcı müharibədən sonra təxminən 8000 fələstinlinin cəsədinin hələ də dağıntılar altında qaldığı bildirilir.

AFN.az xəbər verir ki, BMT-nin İnkişaf Proqramının rəsmisinə istinadən yayılan məlumata görə, dağıntıların təmizlənməsi prosesi o qədər ləng gedir ki (hazırda cəmi 1%-i təmizlənib), bütün işlərin yekunlaşması yeddi il çəkə bilər.

Əsas çətinlik ağır texnikanın kəskin çatışmazlığı ilə bağlıdır. Qəzza Səhiyyə Nazirliyi bildirir ki, keçən ilin oktyabrında imzalanmış atəşkəs razılaşmasına baxmayaraq, gündəlik pozuntular nəticəsində itkilər artmaqda davam edir.

İki illik müharibənin ümumi nəticələri dəhşətlidir: 72 000-dən çox ölü, mülki infrastrukturun 90%-nin məhv edilməsi və bərpa üçün tələb olunan təxminən 70 milyard dollar vəsait.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu