Tramp: Yaxın saatlarda İrandan cavab gözləyirik


ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun təkliflərinə cavab olaraq Tehrandan rəsmi məktub gözlədiyini bəyan edib.

AFN.az xəbər verir ki, Ağ Evdə jurnalistlərlə görüşən Tramp, prosesin həlledici mərhələyə qədəm qoyduğunu bildirib.

"Görünən odur ki, məktubu bu axşam alacağam. Görək hadisələr necə inkişaf edəcək", - deyə ABŞ lideri qeyd edib. Bu bəyanat, iki ölkə arasında 2025-ci ilin iyunundan bəri davam edən hərbi gərginliyin diplomatik yolla həlli istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Trampın nikbin açıqlamalarına rəğmən, İran tərəfi hələlik ehtiyatlı davranır. İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai "Tasnim" agentliyinə verdiyi müsahibədə bildirib ki, İran rəhbərliyi ABŞ-ın nizamlanma sazişi ilə bağlı təkliflərinə hələ rəsmi cavab verməyib.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu