Tramp ABŞ qoşunlarının Almaniyadan Polşaya köçürülməsini istisna etməyib


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Almaniyada yerləşən qoşunlarını Polşa ərazisinə köçürə bilər.

AFN.az xəbər verir ki, Ağ Evdə jurnalistlərlə söhbət zamanı o, Polşa rəhbərliyi ilə əla şəxsi münasibətlərinin olduğunu qeyd edib. “Buna görə də bu, mümkündür”, - deyə ABŞ lideri əlavə edib.

Aprelin 29-da ABŞ prezidenti bəyan etmişdi ki, Vaşinqton Almaniyadakı hərbi kontingentini ixtisar etmək imkanını nəzərdən keçirir və tezliklə bununla bağlı qərar qəbul edəcək. O, administrasiyanın niyə belə bir addım ata biləcəyini dəqiqləşdirməyib.

Qeyd olunur ki, bu bəyanat Almaniya kansleri Fridrix Mertsin ABŞ-ın İrana qarşı hərbi kampaniyası haqqında tənqidi fikirlərindən və Vaşinqtonun aydın strategiyasının olmadığını göstərdikdən sonra səslənib.

5 min hərbçi Almaniyanı tərk edir

Mayın 1-də ABŞ hərbi nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell Pentaqon rəhbəri Pit Heqsetin 5 min amerikalı hərbçinin Almaniyadan çıxarılması barədə sərəncamını elan edib. Onun sözlərinə görə, qoşunların çıxarılmasının yaxın 6-12 ay ərzində başa çatacağı gözlənilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu