ABŞ-ın xarici siyasəti Avropanın müstəqilliyinin artırılmasına yönəlib - Vens
ABŞ-ın xarici siyasəti Avropanın Vaşinqtondan asılılığının azaldılmasına və müstəqilliyinin artırılmasına yönəlib.
AFN.az xəbər verir ki, Amerikanın vitse-prezidenti Ceyms Devid Vens Ağ Evdə keçirilən brifinqdə Amerika qoşunlarının Polşadan çıxarılmasını şərh edərkən belə deyib.
ABŞ rəsmisi ölkəsinin xarici siyasi kursunun Avropanın müstəqilliyini və suverenliyini dəstəkləməyə xidmət etdiyini vurğulayıb.
"Biz Avropanın öz ərazi bütövlüyünü qorumaqda daha fəal olmasını istəyirik. Avropanın bu istiqamətdə qətiyyətli addım atmasını arzulayırıq", - deyə Vens qeyd edib.
