İsrail parlamenti özünün buraxılması barədə qanunu ilkin oxunuşda təsdiqləyib
İsrail parlamenti (Knesset) ilkin oxunuşda özünün buraxılması barədə qanun layihəsini təsdiqləyib.
AFN.az xəbər verir ki, bu barədə məlumat Knessetin iclasından yayımlanan canlı yayım zamanı açıqlanıb. Qanun layihəsinin ilkin oxunuşdan keçməsi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını artırıb.
Məlumata görə, sənədin lehinə parlamentdə kifayət qədər deputat səs verib. Bununla belə, layihənin qüvvəyə minməsi üçün onun daha iki oxunuşdan keçərək yekun şəkildə təsdiqlənməsi tələb olunur.
İsraildə hökumət daxilində yaşanan fikir ayrılıqları və siyasi böhran fonunda parlamentin buraxılması məsələsi son günlər əsas gündəm mövzularından birinə çevrilib.
Yerlı media bildirir ki, əgər qanun layihəsi yekun mərhələdə də qəbul olunarsa, ölkədə erkən parlament seçkilərinin tarixi müəyyən ediləcək.



