Tramp İranlı həmkarı ilə yalnız tarixi sazişin imzalanmasını mümkün sayır
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla tarixi miqyasda sazişə nail olacağını və Amerika administrasiyasının bundan başqa heç bir razılaşmaya getməyəcəyini vəd edib.
AFN.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" sosial şəbəkəsində yazıb.
"İranla saziş ya möhtəşəm və mənalı olacaq, ya da ümumiyyətlə olmayacaq. Bu saziş ABŞ-ın keçmiş prezidenti Barak Obamanın uğursuz administrasiyasının hazırladığı fəlakətli Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) tam əksi olacaq", - deyə o bildirib.
Tramp əmin edib ki, əvvəlki nüvə sazişi (BHFP) İranın nüvə silahına sahib olmasına yol açırdı, lakin indiki ABŞ administrasiyası buna əsla icazə verməyəcək.
Bununla yanaşı, ABŞ Prezidenti Vaşinqton və Tehran arasında mümkün sazişin perspektivlərinə skeptik yanaşan Demokratlar Partiyasının nümayəndələrini də sərt tənqid edib.
