Pilotu infarkt keçirən təyyarə məcburi eniş etdi



Tenerife ilə Böyük Britaniyanın Birminhem şəhəri arasında reys həyata keçirən İngiltərənin "Jet2" aviadaşıyıcı şirkətinə məxsus təyyarənin pilotu 9 min metrdən çox yüksəklikdə uçuş zamanı infarkt keçirib.

AFN.az xəbər verir ki, bununla əlaqədar olaraq digər pilot məcburi eniş etmək məcburiyyətində qalıb.

"Daily Mail" qəzetinin yaydığı məlumata görə, hadisə ötən cümə axşamı "LS1266" nömrəli reys zamanı baş verib.

Pilot özünü pis hiss etməyə başladıqda kabin heyəti sərnişinlər arasında həkim olub-olmadığını soruşub.

Göyərtəsində 220 sərnişin olan "Airbus A321" tipli təyyarə cümə gününün ilk saatlarında Portuqaliyanın şimalındakı Portu Hava Limanına təcili eniş etməli olub.

Təyyarə yerə endikdən sonra təcili tibbi yardım qrupları uçuş zolağında pilota ilkin müdaxiləni ediblər, daha sonra isə o, Portu şəhərindəki xəstəxanalardan birinə çatdırılıb.

Mənbənin bildirdiyinə görə, sərnişinlər dayanan təyyarənin içində bir saatdan çox gözləməli olublar.

Aviaşirkət sərnişinlərin Portuda gecələməsini istəməyib və onların evlərinə qayıda bilməsi üçün Mançesterdən Portuya başqa bir pilot göndərib.

Şirkətdən verilən rəsmi açıqlamada 21 may, cümə axşamı günü Tenerifedən Birminhemə gedən "LS1266" reysinin pilotlardan birinin qəfil xəstələnməsi səbəbindən Portuya yönləndirildiyi qeyd olunub.

Bəyanatın davamında isə uçuş təhlükəsizliyinin heç bir mərhələdə riskə atılmadığı, sərnişinlərin səyahətlərinə problemsiz şəkildə davam etdikləri vurğulanıb və baş verən gözlənilməz gecikməyə görə sərnişinlərdən üzr istənilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu