Macarıstandan xəbərdarlıq: Ukrayna ilə Aİ danışıqları dayandırıla bilər


Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar, rəsmi Kiyevin Zakarpatyedəki macarıstanlı milli azlığın hüquqlarının bərpasına dair müqaviləni yerinə yetirmədiyi təqdirdə dərhal dayandırılacaq.

AFN.az xəbər verir ki, bu barədə Macarıstanın yeni xarici işlər naziri Anita Orban Lüksemburqda keçirilən Aİ nazirlərinin görüşündə jurnalistlərə açıxlmasında bildirib.

Nazir xatırladıb ki, iyunun 3-də Budapeşt və Kiyev arasında etnik macarların hüquqlarının bərpası barədə saziş imzalanıb və bu sənəd ötən həftə Ukraynanın Aİ-yə inteqrasiya planına daxil edilib. "Bu gün Ukrayna ilə əsas hüquqlar və qanunun aliliyi barədə ilk danışıqlar klasteri açılır. Əgər Ukrayna öhdəliklərini icra etməsə, digər klastrlər üzrə üzvlük prosesi avtomatik olaraq dondurulacaq", - deyə Anita Orban vurğulayıb. Macarıstanın yeni Baş naziri Peter Madyar da bəyan edib ki, bu şərt yerinə yetirilmədən Ukrayna irəliləyə bilməyəcək və bütövlükdə üzvlük prosesi 10-15 il çəkə bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu