Macarıstan parlamenti baş nazirin səlahiyyət müddətini məhdudlaşdırdı


Macarıstanın yeni çağırış parlamenti ölkənin əsas qanununa (Konstitusiya) hər hansı bir şəxsin baş nazir postunda qalma müddətini dörd illik iki dövrlə məhdudlaşdıran 16-cı düzəlişi qəbul edib.

AFN.az xəbər verir ki, qərarın lehinə 134 deputat səs verib, 50 nəfər əleyhinə olub, 6 deputat isə bitərəf qalıb.

Təsdiqlənən qanun layihəsi geriyə qüvvəyə malikdir. Sənədin təsiri 1990-cı ildən bəri baş nazir vəzifəsini icra etmiş bütün şəxslərə, o cümlədən Viktor Orbana şamil olunur. Macarıstan Prezidenti Tamaş Şuyok tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək bu düzəlişə əsasən, eks-baş nazir bir daha bu posta iddia edə bilməyəcək. Qeyd edək ki, Orban 1998-2002-ci illərdə və daha sonra 2010-2026-cı illər ərzində ümumilikdə beş müddətə ölkə hökumətinə rəhbərlik edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu