Aİ və Ukrayna rəsmən üzvlük danışıqlarına başladı
Avropa İttifaqı və Ukrayna Lüksemburqda keçirilən hökumətlərarası konfransda ittifaqa üzvlüklə bağlı rəsmi danışıqlara start veriblər.
AFN.az xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antoniu Koşta özünün "X" hesabında məlumat paylaşıb: "Bu gün biz Ukraynanın Aİ-dəki gələcəyinə doğru tarixi bir addım atır və rəsmi üzvlük danışıqlarını açırıq".
Qeyd edək ki, Macarıstanın Ukraynadakı macar azlıqlarının hüquqlarının pozulması iddiası ilə iki il ərzində blokladığı bu proses, rəsmi Kiyevin şərtləri qəbul etməsindən sonra mümkün olub. Ukrayna ilk mərhələdə ədalət, azadlıq, təhlükəsizlik, maliyyə nəzarəti və dövlət satınalmaları kimi fundamental sahələri əhatə edən ilk danışıqlar klasterini açıb. "The Guardian" nəşrinin Avropa mənbələrinə istinadən yazdığına görə, Kiyev indiyədək tələb olunan islahatların cəmi 15%-ni yerinə yetirib, ona görə də danışıqların başlanması daha çox siyasi xarakter daşıyır və konkret üzvlük müddətinə təminat vermir.

