Tramp İran sazişinə dəstək müqabilində G7-yə Ukrayna ilə bağlı güzəştlər vəd edib - media
ABŞ Prezidenti Donald Tramp müttəfiqlərinin Hörmüz boğazının minalardan təmizlənməsində göstərəcəyi kömək müqabilində "Ukrayna ilə bağlı müəyyən güzəştlərə" getməyə hazır olduğunu bildirib.
AFN.az xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa diplomatik mənbələrinə istinadən məlumat yayıb.
"Hörmüz boğazının minalardan təmizlənməsi üçün ABŞ prezidentinə "Böyük Yeddilik" (G7) və digər tərəfdaş ölkələrin hərbi imkanları lazım olacaq", – deyə avropalı diplomat qeyd edib. Mənbənin sözlərinə görə, Tramp bunun müqabilində Ukrayna məsələsində geri addım atmayacağına dair müttəfiqlərinə söz verib: "Onun Ukraynanın tərəfində qalacağına dair çox ciddi gözləntilər var. Liderlərə dediyi söz də məhz budur". G7 liderləri isə öz növbələrində müəyyən şərtlər daxilində Hörmüz boğazında köməklik göstərməyə hazır olduqlarını ifadə ediblər.
