Elm adamları 5500 illik taun variantı aşkar ediblər



Sibirdəki qəbiristanlıqlarda tapılan qalıqlardan əldə edilən DNT nümunələrinə görə, məlum olan ən qədim taun epidemiyası təxminən 5500 il əvvəl baş verib.

AFN.az xəbər verir ki, CNN-in yaydığı məlumata görə, alimlər Sibirin cənubundakı Baykal gölü ətrafında yerləşən məzarlıqlardakı qalıqları araşdırarkən yeni bir bakteriya növü müəyyən ediblər.

Bölgənin ən böyük iki qəbiristanlığında hər hansı bir aşkar ölüm səbəbi olmayan çox sayda uşaq və gəncin qalıqlarına rast gələn mütəxəssislər bu kütləvi itkilərin səbəbini araşdırmağa başlayıblar.

Qalıqlar üzərində aparılan DNT analizləri məzarlıqdakı 46 nəfərdən 18-nin taun daşıyıcısı olduğunu ortaya qoyub.

Elm adamları əvvəllər taunun 3800 il əvvəl yarandığını güman etsələr də, bu son tapıntılar sayəsində xəstəliyin təxmin ediləndən çox daha erkən, yəni 5500 il əvvəl başladığı dəqiqləşib.

Ekspertlər əldə edilən bu nəticələrin taunun insanlardakı mənşəyinə dair indiyədək aşkar edilmiş ən qədim sübutlar ola biləcəyini vurğulayırlar.

Qeyd edək ki, sözügedən tədqiqatın nəticələri nüfuzlu "Nature" jurnalında dərc olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu