Səməndərə bənzər bir heyvanın dinozavrlardan 40 milyon il əvvəl yaşadığı müəyyən edilib
Alimlər müəyyən ediblər ki, səməndərə bənzər heyvan dinozavrlardan 40 milyon il əvvəl yaşayıb.
"Nature" jurnalında dərc edilən araşdırmaya görə, elm adamları təxminən 10 il əvvəl kəşf edilən və 4 fərqli nümunədən götürülmüş kəllə və onurğa sümükləri də daxil olmaqla bəzi fosilləri analiz ediblər.
Tədqiqatçılar Namibiyada tapılan və "Gaiasia jennyae" adlandırılan 280 milyon illik bu canlının başının təxminən 60 santimetr olduğunu müəyyən ediblər.
Elm adamları bu heyvanın bataqlıqların və göllərin dibində yaşadığını təxmin edərək, bu səməndərə bənzər canlının ilk dinozavr növündən təxminən 40 milyon il yaşlı olduğunu müəyyən ediblər.
Araşdırmanın müəlliflərindən biri olan Ceyson Pardo "Gaiasia"nın bu qədər yaşlı olmasının təəccüblü olduğunu bildirib.
Pardo bu heyvanın ehtimal ki, 40 milyon il əvvəl nəsli kəsilmiş orqanizmlərlə əlaqəli ola biləcəyini deyib.