Həddindən artıq istilərin təsiri altında olan Fransada 13 nəfər boğularaq ölüb



Fransada anomal istilər davam edərkən, həftəsonundan bəri sərinləmək üçün suya girən 13 nəfərin boğulduğu bildirilib.

AFN.az xəbər verir ki, yerli mətbuatın ölkənin böhran idarəçiliyinə məsul olan Milli Mülki Təhlükəsizlik Qurumunun sözçüsü Jerom Bulanjerin bəyanatlarına istinadən yaydığı xəbərlərdə ölkə daxilində rekord səviyyədə temperaturun qeydə alındığı qeyd olunub.

Bulanjer həddindən artıq isti hava şəraiti səbəbindən Fransada həftəsonundan bu yana 13 nəfərin boğularaq həyatını itirdiyini açıqlayıb.

Qurum rəsmisi dünyasını dəyişənlərdən birinin Puatye şəhərində 17 yaşlı, digərinin isə Sena və Marna departamentində 13 yaşlı uşaqlar olduğu barədə məlumatı paylaşıb.

Fransanın meteorologiya xidməti "Meteo-France" anomal hava şəraiti ilə əlaqədar ölkənin 49 departamentində qırmızı, 40 departamentində isə narıncı xəbərdarlıq səviyyəsinin elan olunduğunu duyurub.

Digər tərəfdən, Təhsil Nazirliyinin qərarı ilə bu gün ölkə üzrə 845 məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Bu arada Şer prefekturasının "X" hesabından edilən paylaşımda Tuşe qəsəbəsində dünən günortadan sonra baş verən yanğında 25 hektar əkin sahəsinin külə döndüyü ifadə edilib.

Yanğın səbəbindən ərazidən 44 nəfərin təxliyə edildiyi bildirilən açıqlamada alovun söndürülməsi işlərində iştirak edən 3 yanğınsöndürənin yüngül xəsarət aldığı diqqətə çatdırılıb.

Paylaşımda yanğınsöndürmə və alovun tamamilə nəzarətə alınması istiqamətində işlərin davam etdirildiyi qeyd olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu