ABŞ-də kitabxanada törədilən silahlı hücumda 2 nəfər ölüb
ABŞ-nin Kaliforniya ştatındakı kitabxanaların birində törədilən silahlı hücumda 2 nəfər ölüb.
AFN.az xəbər verir ki, hadisə Çiko şəhərindəki kitabxanada baş verib.
Hücum nəticəsində 2 nəfər həyatını itirib, bir uşaq yaralanaraq xəstəxanaya çatdırılıb.
Çiko Polis İdarəsinin rəisi Billi Oldric hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında silahlı hücum zamanı şübhəlinin kitabxananın arxa qapısından qaçmağa çalışdığını və bu əsnada oradakı mühafizə əməkdaşları tərəfindən saxlanıldığını bildirib.
Polis rəsmiləri şübhəlinin adını və ya silahlı hücumla bağlı təfərrüatları açıqlamayıb.
Region rəhbərliyi sosial şəbəkə vasitəsilə yaydığı bəyanatda həyatını itirənlərin ailələrinə ən səmimi başsağlığını çatdırıb.

