ABŞ-da universitetə silahlı hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb
ABŞ-ın Cənubi Karolina Ştat Universitetində (SCSU) törədilən silahlı hücum nəticəsində 2 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.
"CBS News"un universitet rəsmilərinə istinadən yaydığı məlumata görə, hadisə dünən SCSU tələbələrinin məskunlaşdığı "Hugine Suites" yaşayış kompleksində baş verib. Məlumatda bildirilir ki, daxil olan xəbərdarlıq əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar.
Cənubi Karolina Polis İdarəsinin rəsmiləri hücum nəticəsində 2 nəfərin öldüyünü, 1 nəfərin yaralandığını təsdiqləyiblər. Qurbanların şəxsiyyəti və yaralının vəziyyəti barədə hələlik məlumat verilməyib.
Təxminən 3 min tələbənin təhsil aldığı SCSU-da bu gün dərslərin keçirilməyəcəyi elan olunub.



