Almaniyanın Ştade şəhərində atışma: 5 nəfər həyatını itirdi



Almaniyanın Aşağı Saksoniya əyalətinə daxil olan Ştade şəhərində baş verən silahlı insident nəticəsində 5 nəfərin həyatını itirdiyi bildirilib.

AFN.az xəbər verir ki, Lüneburq Polis İdarəsinin "X" platformasındakı rəsmi hesabından verilən açıqlamada Ştadedə silahlı hücumun qeydə alındığı diqqətə çatdırılıb.

Polis rəsmiləri hadisə zamanı 5 nəfərin öldüyünü təsdiqləyərək, hazırda hadisə yerində ictimaiyyət üçün hər hansı bir təhlükənin qalmadığını bəyan ediblər.

Almaniya mətbuatında yer alan məlumatlara görə, Dankersştrasse yaxınlığında baş verən atışma ilə əlaqəli olduğu ehtimal edilən şübhəlilər polis tərəfindən saxlanılıb. Tutulan şəxslərin kimliyi və hadisənin motivi barədə hələlik ətraflı məlumat paylaşılmayıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerində araşdırmalar davam etdirilir, ölənlərin şəxsiyyətinin tam müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Səlahiyyətli orqanların gün ərzində qətliamın pərdəarxası məqamlarına dair daha ətraflı açıqlama verəcəyi gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu