Rusiyada "Apple ID" və "Google ID" istifadəsinə görə cərimələrin tətbiqinə başlanılıb



Rusiyada internet saytlarında istifadəçilərin "Apple ID""Google ID" daxil olmaqla xarici xidmətlər vasitəsilə avtorizasiyasına görə inzibati cərimə nəzərdə tutan qayda qüvvəyə minib.

AFN.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin iyunun 26-da imzaladığı yeni tənzimləməyə əsasən, Rusiyadakı istifadəçilərin internet saytlarına giriş və avtorizasiya prosesləri Rusiya telefon nömrəsi, "Qosusluqi" adlı dövlət xidmətləri tətbiqi kimi sistemlər vasitəsilə həyata keçirilə biləcək.

Sözügedən qaydanın pozulması halında vətəndaşlara, rəsmilərə və şirkətlərə pul cəriməsi tətbiq ediləcək.

Artıq Rusiyada fəaliyyət göstərən bəzi xidmətlər istifadəçilərə "Apple ID""Google ID" vasitəsilə avtorizasiyadan istifadənin mümkün olmayacağına dair bildirişlər göndərməyə başlayıblar.

Rusiya son illərdə rəqəmsal platformalarda yerli texnoloji infrastrukturun istifadə edilməsini və istifadəçi məlumatlarının ölkə daxilində qorunmasını ön plana çəkən tənzimləmələri artırır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu