İran: ABŞ-nin son hücumları açıq-aşkar müharibə cinayətidir


İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun ölkənin cənubundakı sahil əyalətlərindəki bəzi nöqtələrə və Məşhəd dəmir yolu marşrutundakı 2 körpüyə təşkil etdiyi hücumları pisləyib.

AFN.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada sözügedən hücumların açıq-aşkar müharibə cinayəti olduğu, İran xalqının ölkənin ərazi bütövlüyünü, suverenliyini və milli təhlükəsizliyini qorumaq əzminin davam etdiyi bildirilib.

Açıqlamada ABŞ-nin son 48 saatda Hörmüz boğazında bəzi gəmilərlə bağlı yaşandığı iddia edilən hadisələri bəhanə gətirərək həyata keçirdiyi hücumların Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin və müharibənin başa çatdırılmasına dair anlaşma memorandumunun pozulması xarakteri daşıdığı qeyd olunub.

ABŞ Prezidenti Donald Tramp başda olmaqla ABŞ rəsmilərinin bəyanatlarını da tənqid edən nazirlik bu cür yanaşmaların müharibənin başa çatdırılmasına dair anlaşmaya əməl olunmadığının bariz göstəricisi olduğunu vurğulayıb.

ABŞ-nin Tehran-Məşhəd dəmir yoluna təşkil etdiyi hücum səbəbindən bu marşrut üzrə sərnişin qatarlarının hərəkətinin müvəqqəti olaraq dayandırıldığı açıqlanıb.

Texniki heyətin hadisə yerinə cəlb edildiyi, xəttin ən qısa zamanda yenidən istifadəyə verilməsi üçün işlərin davam etdirildiyi bəyan olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu