İsrail Baş Qərargah rəisi: İran və Livandakı hadisələri izləyirik


İsrail Müdafiə Qüvvələri (SAXAL) İran və Livanda baş verənləri diqqətlə izləyir və yəhudi dövlətinə zərər vurmaq cəhdlərinə qətiyyətlə cavab verəcək.

AFN.az xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin pilotlarının buraxılış mərasimində çıxış edən Baş Qərargah rəisi Eyal Zamir bəyan edib. O, ordunun hər an fəaliyyətə hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, cari ilin iyun ayında ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalansa da, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp Tehranı razılaşmaları pozmaqda ittiham edərək atəşkəs rejiminin artıq qüvvədə olmadığını açıqlayıb. İran tərəfi isə ABŞ-ın yeni zərbələrinə cavab olaraq, Hörmüz boğazının yalnız Tehranın şərtləri yerinə yetirildiyi təqdirdə açıq olacağını bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu