Rumıniya Qara dənizdə daha beş dronu məhv edib



Konstansa limanında pilotsuz uçuş aparatının partlaması ilə bağlı bu yaxınlarda baş vermiş insidentdən başqa, Qara dənizdə daha beş dəniz dronu aşkar edilərək məhv edilib.

AFN.az xəbər verir ki, bu barədə "Digi24" telekanalının məlumatına istinadən Rumıniyanın müdafiə naziri vəzifəsini icra edən Radu Mirutse bəyanat verib.

Nazir qeyd edib ki, dənizdə daha beş pilotsuz aparatın qalıqları aşkar olunub və sonradan onlar məhv edilib, həmçinin bu aparatların bəzilərinin tərkibində partlayıcı maddə olub, bəzilərində isə olmayıb.

Mirutsenin sözlərinə görə, analoji hallardan dördü Konstansada pilotsuz aparatın partlamasından əvvəl, daha biri isə həmin hadisədən sonra qeydə alınıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu