Tufan Erhürman xəstəxanaya yerləşdirilib


İştirak etdiyi tədbir zamanı qəfil halı pisləşən Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman sinə ağrısı və soyuq tərləmə şikayətləri ilə xəstəxanaya qaldırılıb.

AFN.az xəbər verir ki, paytaxt Lefkoşadakı köhnə prezidentlik binasında təşkil olunan tədbirdə səhhətində problem yaranan ŞKTC Prezidenti Erhürman təcili tibbi yardım maşını ilə Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasının Kardiologiya şöbəsinə aparılaraq müalicə altına alınıb.

ŞKTC Prezidentliyindən verilən rəsmi açıqlamada Prezident Tufan Erhürmanın köhnə prezidentlik binasında qatıldığı tədbir zamanı qan təzyiqinin aşağı düşməsi səbəbindən narahatlıq keçirdiyi ifadə edilib.

Yoxlama məqsədilə Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasının Kardiologiya şöbəsinə yerləşdirilən Prezident Erhürmanın ümumi vəziyyətinin yaxşı olduğu, genişmiqyaslı müayinə və müşahidə prosesinin davam etdiyi qeyd olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu