Fransada 3 nüvə reaktorunun fəaliyyəti dayandırıldı



Yeni isti hava dalğasının təsiri altında olan Fransada 3 nüvə reaktorunun fəaliyyəti dayandırılıb, 8 reaktor isə aşağı güc rejiminə keçirilib.

AFN.az xəbər verir ki, yerli mətbuatın dövlətə məxsus EDF enerji şirkətinin açıqlamasına istinadən verdiyi xəbərlərə görə, 37 vilayətdə anomali istilər səbəbindən qırmızı xəbərdarlıq rejiminin tətbiq olunduğu Fransada nüvə reaktorları üçün də ətraf mühitin qorunması tədbirləri görülüb.

Yüksək temperaturlar nəticəsində artıq qızmış çaylara reaktorlardan çıxan həddindən artıq qızdırılmış suların axıdılmasına qoyulan məhdudiyyətlər çərçivəsində çay kənarında yerləşən 3 reaktorda işlər bir müddətlik dayandırılıb.

Digər tərəfdən, 8 reaktor da ekoloji səbəblərdən aşağı güc rejimində çalışdırılır.

Fəaliyyəti dayandırılan nüvə reaktorları arasında Qaronna çayı kənarındakı "Golfech 2", Rona çayı kənarındakı "Bugey 3"Möz çayı kənarındakı "Chooz 2" blokları yer alıb.

Ümumilikdə 57 nüvə reaktorunun olduğu Fransada elektrik enerjisi istehsalının 70 faizi məhz bu reaktorların payına düşür.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu