Yunanıstanın müxtəlif bölgələrində yanğın baş verdi
Yunanıstanın müxtəlif bölgələrində kolluq və meşəlik ərazilərdə yanğınlar baş verib.
AFN.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Məlumata görə, Viotiya vilayətinin Tarsu bölgəsindəki kənd təsərrüfatı və meşəlik ərazidə, Saloniki yaxınlığındakı Kalamoto Lanqada zonasında, həmçinin Lesbos adasının Kalo Limanı ərazisindəki kolluq sahələrdə alovlanma qeydə alınıb.
Yanğınların söndürülməsi üçün havadan və qurudan müdaxiləyə başlanılıb, alovların yaşayış məntəqələri üçün təhlükə yaratmadığı bildirilir.


