İran XİN rəhbəri Dohaya gedib
İranın Xarici İşlər naziri Abbas Əraqçi Qətərin keçmiş əmiri şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar başsağlığı vermək və onun xatirəsini yad etmək üçün Dohaya gəlib.
AFN.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, İranın xarici siyasət idarəsinin rəhbəri mərhum monarxa ehtiramını bildirəcək. Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Qətərdə milli matəm elan olunub. Ölkənin hazırkı əmiri şeyx Təmim bin Həməd Al Tani Dohaya gələn xarici dövlət və hökumət başçılarının, həmçinin yüksəkrütbəli rəsmi şəxslərin başsağlıqlarını qəbul edir.
