Mossad direktoru məhbus mübadiləsi təklifini müzakirə etmək üçün Dohaya gedib


İsrail Xarici Kəşfiyyat Xidməti Mossadın direktoru David Barnea Təl-Əviv və HƏMAS arasında məhbus mübadiləsi təklifini müzakirə etmək üçün Qətərin paytaxtı Dohaya gedib.



İsrail dövlət televiziyası KAN-da yayımlanan xəbərdə Dohaya gedən Barneanın Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə görüşəcəyi bildirilib.

Qeyd edilib ki, Barnea ilə Əl Tani arasında keçiriləcək görüşdə İsrail və HƏMAS arasında əsir mübadiləsi təklifi müzakirə olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu