CIA direktoru ilə Mossad direktoru görüşəcək: məhbus mübadiləsi müzakirələri


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Uilyam Börns Təl-Əviv rəhbərliyi ilə HƏMAS arasında əsir mübadiləsi danışıqlarını canlandırmaq üçün Mossad direktoru David Barnea və Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə görüşəcək.


"Times of Israel" qəzetindəki xəbərdə Börnsün Barnea və Əl Tani ilə görüşü üçün yaxın günlərdə Avropaya gedəcəyi bildirilib.

Görüşün dəqiq tarixi və hansı ölkədə keçiriləcəyi ilə bağlı təfərrüatlar verilməyib. Eyni zamanda Misir Kəşfiyyat İdarəsinin direktoru Abbas Kamilin görüşdə iştirak edib-etməyəcəyi açıqlanmayıb.

Xəbərdə bu görüşün təxminən 2 həftə əvvəl məhbus mübadiləsi danışıqlarının kəsilməsindən sonra keçirilən ilk yüksək səviyyəli görüş olduğu qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu