Bəsrə limanında neftin yüklənməsi PUA hücumuna görə dayandırılıb


İraqın cənubunda yerləşən Bəsrə şəhərinin neft terminalında pilotsuz uçuş aparatının (PUA) tankerə çırpılmasından sonra ölkənin bütün ixrac terminallarında xam neftin yüklənməsi prosesi müvəqqəti olaraq dayandırılıb.

AFN.az xəbər verir ki, bu barədə "Baghdad today" portalı məlumat yayıb.

Limanın təhlükəsizlik xidmətindəki mənbələrin verdiyi məlumata görə, naməlum PUA terminallardan birində dayanan neft tankerinə hücum edib. Toqquşma nəticəsində gəmiyə ciddi ziyan dəymədiyi və hər hansı yanğın hadisəsinin qeydə alınmadığı bildirilir. Buna baxmayaraq, rəsmi qurumlar təhlükəsizlik tədbirləri çərçivəsində və vəziyyətin tam qiymətləndirilməsi məqsədilə neftin yüklənməsi əməliyyatlarını müvəqqəti dayandırmaq qərarına gəliblər.

Hələlik PUA-nın mənşəyi və hücumun kim tərəfindən təşkil olunduğu barədə rəsmi məlumat verilməyib, heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu