Hörmüz boğazında 4 gəmi raket və PUA hücumları ilə dayandırılıb



İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazından keçməyə çalışan 4 gəminin raket və pilotsuz uçuş aparatı (PUA) hücumları ilə dayandırıldığını bəyan edib.

AFN.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri tərəfindən verilən açıqlamaya görə, bir neçə saat əvvəl Hörmüz boğazından ABŞ-ın dəstəyi ilə keçməyə cəhd göstərən 4 gəmi raket və PUA zərbələri ilə dayandırılıb.

Açıqlamada boğazdakı gəmilərin İran hərbi dəniz qüvvələrinin xəbərdarlıqlarına və bildirişlərinə mütləq diqqət yetirməli olduqları ifadə edilib.

Qeyd edək ki, İran ABŞ-ın ölkəyə qarşı hücumları yenidən başlatması ilə əlaqədar Hörmüz boğazını gəmilərin keçidi üçün bağladığını elan etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu