ABŞ İranın 12 şəhərində 95 nöqtəyə hücum etdi
ABŞ-ın son on gündə İranın Hörmüzqan əyalətində yerləşən 12 şəhərdə 95 nöqtəyə hücum təşkil etdiyi bildirilib.
AFN.az xəbər verir ki, İran Səhiyyə Nazirliyi ABŞ-ın 27 iyundan bəri həyata keçirdiyi hücumlarda 50 nəfərin həyatını itirdiyini, 500-dən çox insanın isə yaralandığını açıqlayıb.
Digər tərəfdən, Hörmüzqan vilayət rəisi ABŞ-ın son 10 gündə əyalət sərhədləri daxilində yerləşən 12 şəhərdə 95 nöqtəyə zərbələr endirdiyini və bu hücumlarda 8 nəfərin həyatını itirdiyini bəyan edib.
İrana qarşı son hücum dalğasına iyulun 7-dən 8-nə keçən gecə başlayan ABŞ xüsusilə ölkənin cənubunda yerləşən bölgələri və buradakı infrastruktur obyektlərini hədəf alıb.
Ölkədə yaranan dağıntılar səbəbindən 10 min insan susuz qalıb.
İranın Hörmüzqan əyalətinin Su İdarəsi ABŞ-ın Cask şəhərinin qərbində yerləşən su paylayıcı nasos stansiyasına hücum etməsi nəticəsində bölgədə yaşayan 10 min sakinin su təminatından məhrum olduğunu bildirib.
Hörmüzqan Su İdarəsindən verilən bəyanata görə, ABŞ ordusu Cask şəhərində bir su anbarını hədəf alıb. Su paylayıcı nasos və elektrik şəbəkəsinə edilən bu hücum nəticəsində iki kəndin suyunun kəsildiyi və 10 min insanın susuz qaldığı qeyd edilib.

