Xamenei: Razılaşmanın pozulması ABŞ Prezidentinin imzasının dəyərsiz olduğunu sübut etdi



İran lideri Müctəba Xamenei İran ilə ABŞ arasında imzalanan anlaşma memorandumunun pozulmasına dair münasibət bildirərkən, "ABŞ-lın razılaşmanı yenidən pozması, ABŞ Prezidentinin imzasının nə qədər dəyərsiz və etibarsız olduğu həqiqətini bir daha hər kəsə sübut etmişdir" qiymətləndirməsini edib.

AFN.az xəbər verir ki, İran lideri Müctəba Xameneinin rəsmi sosial media hesablarından ABŞ ilə imzalanan razılaşmaya dair mesaj paylaşılıb.

Xamenei mesajında "ABŞ-ın razılaşmanı yenidən pozması, ABŞ Prezidentinin imzasının nə qədər dəyərsiz və etibarsız olduğu həqiqətini bir daha hər kəsə sübut etmişdir. Zorakılıq və vəhşilik ABŞ təfəkkürünün ayrılmaz hissəsidir" ifadəsini işlədib.

İran xalqının qanunverici, icraedici və məhkəmə hakimiyyəti rəhbərlərinə olan etimadını qoruyacağını və milli maraqların müdafiəsi üçün meydanda olmağa davam edəcəyini bildirən Xamenei ölkədə birlik və bərabərliyin qorunmasının vacibliyinə diqqət çəkib.

Xamenei ABŞ-ın müharibə ritorikasına davam edəcəyi təqdirdə İran və müqavimət cəbhəsinin ona unudulmaz dərslər verəcəyini bilməli olduğunu, İran Silahlı Qüvvələrinin son günlərdə nümayiş etdirdiyi addımların bunun bariz nümunəsi olduğunu qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu