Küveyt ordusu: Hava hücumundan müdafiə sistemlərimiz İrandan edilən PUA hücumlarına cavab verir
Küveytin hava hücumundan müdafiə sistemlərinin ölkəyə İrandan edilən pilotsuz uçuş aparatı hücumlarına cavab verdiyi bildirilib.
AFN.az xəbər verir ki, Küveyt Baş Qərargahından verilən açıqlamada hava hücumundan müdafiə sistemlərinin İrandan ölkə ərazisinə atılan PUA-lara qarşı fəaliyyətə keçdiyi qeyd edilib.
Açıqlamada ölkədə eşidilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin hücumlara müdaxilə etməsindən qaynaqlandığı ifadə olunub.
Həmçinin vətəndaşlardan və ölkədə yaşayan xarici sakinlərdən səlahiyyətli qurumların yaydığı təhlükəsizlik qaydalarına və təlimatlarına əməl etmələri istənilib.
