İran İnqilab Keşikçiləri Korpusu: İordaniya və Küveytdəki ABŞ bazalarını hədəf aldıq



İran İnqilab Keşikçiləri Korpusu "Nasr 2" əməliyyatının 21 və 22-ci dalğaları çərçivəsində İordaniya və Küveytdəki ABŞ hərbi hədəflərinə raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil etdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, İnqilab Keşikçiləri tərəfindən verilən açıqlamada İordaniyanın Əl-Əzrək bölgəsində ABŞ əsgərlərinin yerləşdiyi 20 anqarın raketlərlə hədəf alındığı və hücumda çox sayda ABŞ əsgərinin öldüyü iddia edilib.

Bəyanatda İordaniyadakı Əqəbə hava limanının da raket zərbəsi ilə vurulduğu, ABŞ ordusuna məxsus "C-17" ağır nəqliyyat təyyarələri ilə "P-8" komanda və idarəetmə təyyarələrinə ciddi ziyan dəydiyi irəli sürülüb.

Həmçinin "Nasr 2" əməliyyatının 22-ci dalğasında isə Küveytdəki "Əli əs-Salem" bazasına dəqiq PUA hücumunun həyata keçirildiyi ifadə olunub.

Açıqlamada ABŞ ordusuna məxsus erkən xəbərdarlıq radar sisteminin tamamilə məhv edildiyi, hava avadanlıqları və ehtiyat hissələrinin olduğu bir anqar ilə "MQ-9" tipli PUA-ların yerləşdiyi anqarın vurulduğu, baş verən yanğında çox sayda "MQ-9" PUA-sının yararsız hala düşdüyü iddia edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu