Neft qiymətləri sürətlə ucuzlaşıb
Bu gün səhər saatlarında artan ABŞ-İran gərginliyi səbəbindən 2,40 faiz yüksələrək 90 dolların üzərinə çıxan neft qiymətləri günorta saatlarında sürətlə geriləyib.
AFN.az xəbər verir ki, saat 13:57-yə olan məlumata görə, "Brent" markalı xam neftin qiyməti 0,11 faiz ucuzlaşaraq 88 dollardan ticarət olunub.
Qiymətlərin aşağı düşməsində İran tərəfindən gələn, ABŞ ilə danışıqların milli maraqlar çərçivəsində davam etdiriləcəyinə dair bəyanatlar təsirli olub.
Qeyd edək ki, ABŞ-dən də gecə saatlarında verilən açıqlamada İran ilə diplomatiya kanallarının açıq olduğu ifadə edilmişdi.
