BMT husilərlə bağlı narahatdır


BMT Yəməndəki "Ənsar Allah" üsyançı hərəkatının Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etməsi barədə bəyanatından dərin narahatlığını bildirib.

AFN.az xəbər verir ki, bu barədə təşkilatın Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi birifinqdə deyib.

"Biz bu məlumatları görmüşük və husilərin Səudiyyə Ərəbistanına, eləcə də gəmiçilik azadlığına yönəlmiş yeni hədələrindən çox narahatıq. Bu addım regionda genişmiqyaslı gərginliyin artması riskini yaradır", — deyə BMT rəsmisi vurğulayıb.

Düjarrik təcili olaraq deeskalasiyaya ehtiyac olduğunu qeyd edərək, tərəfləri bütün fikir ayrılıqlarını dialoq və diplomatiya yolu ilə həll etməyə çağırıb.

Xatırladaq ki, iyulun 20-də husilər Səudiyyə Ərəbistanına dəniz blokadası tətbiq etdiklərini bəyan ediblər. Bəyanatda Ər-Riyadın addımlarına cavab olaraq hərəkatın "hərtərəfli gərginliyi artırmaq" hüququnu özündə saxladığı bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu