ABŞ-da ayı dükana hücum etdi
ABŞ-nin Tennessi ştatının Qatlinburq şəhərində ticarət mərkəzinin alıcıları dükanın avtomobil dayanacağında gözlənilmədən görünən ayıdan canlarını qaçaraq qurtara biliblər.
AFN.az xəbər verir ki, hadisə şahidinin çəkdiyi müvafiq kadrları ABC telekanalı yayımlayıb.
Videoyazıda onlarla insanın qışqıraraq dayanacaq boyunca qaçışdığı və qara ayının gözlənilmədən peyda olmasından sonra öz avtomobillərində gizləndikləri görünür. Yırtıcı maşınların arasından sürətlə qaçaraq yaxınlıqdakı çay istiqamətində gözdən itib. Sonradan yerli sakinlər onun çaydan su içdiyini, daha sonra isə uzaqlaşdığını görüblər.
Ayının hərəkətləri nəticəsində heç kim xəsarət almayıb.

