SEPAH: İordaniyadakı ABŞ qırıcılarını hədəf aldıq



İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı "Muvaffaq Salti" hərbi bazasında yerləşən ABŞ-yə məxsus qırıcı təyyarələrin və amerikalı hərbçilərin olduğu ərazilərin hədəf alındığını bəyan edib.

AFN.az xəbər verir ki, SEPAH İordaniyadakı ABŞ-nin "Muvaffaq Salti" hərbi bazasına təşkil edilən hücumla bağlı rəsmi bəyanat yayıb. Bəyanatda "Nəsr 2" əməliyyatının 27-ci mərhələsi çərçivəsində sözügedən bazada yerləşən ABŞ-yə məxsus döyüş təyyarələrinin və amerikalı hərbçilərin yerləşdiyi zonaların vurulduğu qeyd olunub. Sənəddə həmçinin bazaya endirilən zərbələr nəticəsində ABŞ-yə aid bəzi qırıcı təyyarələrə ciddi ziyan dəydiyi və bir neçə amerikalı hərbçinin həlak olduğu iddia edilib.

SEPAH Vaşinqtonun hərbi itkilərini gizlətdiyini iddia edərək müvafiq beynəlxalq təşkilatları ABŞ-nin itkilərini araşdırmağa çağırıb. Digər tərəfdən, Keşikçilər Korpusu İraqın Ərbil şəhərinə tətbiq edilən cavab zərbələri barədə də məlumat verib. Bildirilib ki, Ərbildə ABŞ-yə məxsus "Patriot" hava hücumundan müdafiə sistemi və bir ədəd kəşfiyyat aerostatı məhv edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu