"Microsoft" 4 800 əməkdaşını ixtisar edir
"Microsoft" texnologiya sektorunda süni intellektlə bağlanan ixtisarlar fonunda 4 800 iş yerini ləğv edəcək.
AFN.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu qərar nəticəsində şirkət personalının təxminən 2,1%-i işini itirəcək.
Şirkətin kadrlar üzrə direktoru əməkdaşlara ünvanladığı xidməti qeyddə bildirib ki, süni intellekt bəzi tapşırıqları avtomatlaşdırmaqla işə yanaşmanı dəyişir, lakin ixtisarlar birbaşa bununla bağlı deyil.
"Mən həmçinin açıq şəkildə bildirmək istəyirəm ki, bu gün ləğv edilən vəzifələr süni intellektlə əvəzlənmir. Eyni zamanda, Sİ-nin işin yerinə yetirilmə tərzini dəyişdirdiyi də bir həqiqətdir".
Jurnalistlər əlavə edirlər ki, "Microsoft" tez-tez növbəti il üçün xərclər planını formalaşdırarkən iyun ayında başa çatan maliyyə ilinin sonuna yaxın heyətini ixtisar edir. Məlumatın dərc edildiyi iyulun 6-sı tarixinə olan məlumata görə, şirkətin səhmləri 1,5%-dən bir qədər çox ucuzlaşıb.

