Şara Prezident Ərdoğanın sanksiyaların ləğvi üçün vasitəçilik etdiyini bildirib
Suriya Prezidenti Əhməd Şara Səudiyyə Ərəbistanı ilə Türkiyənin ötən il Suriyaya qarşı sanksiyaların ləğvi məsələsində vasitəçilik təşəbbüsü etdiyini, Prezident Rəcəb Tayyib Ərdoğanın da bu məsələ ilə bağlı ABŞ qarşısında təşəbbüs göstərdiyini bildirib.
AFN.az xəbər verir ki, Suriya Prezidenti Əhməd Əş-Şara ölkəsinə qarşı sanksiyaların ləğvi prosesində Türkiyənin roluna bir daha diqqət çəkib.
“Əl-Cəzirə” televiziyasına danışan Şara Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ qarşısında təşəbbüs göstərdiyini deyib.
O, sanksiyaların ləğvi üçün ABŞ Prezidenti Trampı razı saldığını bildirib.
Şara “Prezident Ərdoğan Suriyaya tətbiq olunan sanksiyaların ləğvi üçün ABŞ və Prezident Tramp qarşısında vasitəçilik etdi. Həmin vaxt Suriyanı məhdudlaşdıran Sezar Qanunu qüvvədə idi. Bu sanksiyalar əvvəlki rejimin törətdiyi cinayətlərə görə tətbiq edilmişdi. Lakin devrilmiş rejimdən özünü xilas edən Suriya xalqının bu sanksiyalara məruz qalmağa davam etməsi məntiqli deyildi. Səudiyyə Ərəbistanı və Türkiyənin təşəbbüsləri nəticəsində Prezident Tramp razı salındı və Sezar Qanunu çərçivəsindəki sanksiyalar ləğv edildi” deyib.
