İran: Ukrayna tezliklə İranın heç bir əməlinin cavabsız qalmadığını anlaya bilər



İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi Ukraynanın Xəzər dənizində İran gəmisinə təşkil etdiyi hücumla bağlı “Ukrayna tezliklə İranın heç bir əməlinin cavabsız qalmadığını anlaya bilər” xəbərdarlığı edib.

AFN.az xəbər verir ki, Əzizi Ukraynaya dair açıqlamanı sosial media hesabında paylaşıb.

İrana qarşı hücumların hər zaman bir bədəli olduğunu vurğulayan Əzizi ABŞ və İsrailin bu vəziyyətdən xəbərdar olduğunu bildirərək, “Ukrayna tezliklə İranın heç bir əməlinin cavabsız qalmadığını anlaya bilər” deyib.

Əzizi həmçinin yenidən Ukraynaya istinad edərək, “Səhv hesablamalar aparanların siyahısı uzanır” ifadəsini işlədib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Xəzər dənizində İranla əlaqəli hərbi yük daşıyan gəmilər və bir hərbi gəminin uzaqmənzilli hücumlarla hədəf alındığını açıqlamışdı.

İran Xarici İşlər Nazirliyi sözügedən hücumu pisləmişdi.

Həmçinin Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyinə çağırılmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu