ABŞ Senatında Rusiya neftini alanlara qarşı yeni sanksiyalar barədə razılıq əldə olunub
ABŞ senatorlarının ikipartiyalı qrupu çərşənbə axşamı uzun müddətdir gözlənilən qanun layihəsi üzrə razılığa gəlindiyini elan edib.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Sənəd ölkə Prezidenti Donald Trampa Rusiya energetika məhsullarının iri alıcılarına, eləcə də İrana qarşı əlavə məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verəcək.
Tramp daha əvvəl mərhum senator Lindsi Qremin fəal şəkildə təşviq etdiyi bu təşəbbüsə dəstəyini ifadə etmişdi. Qanun layihəsi üzrə prosedura səsverməsi çərşənbə axşamı gec saatlara planlaşdırılıb.
Sənəd ABŞ administrasiyasının Rusiya enerjidaşıyıcılarını almağa davam edən ölkələrə təzyiq göstərmək üçün rıçaqlarını genişləndirməyi nəzərdə tutur, həmçinin İrana qarşı sanksiya təsirini gücləndirə bilər.
