ABŞ-da təyyarələrdə insan və ev heyvanına bənzər robotlar qadağan edilir
ABŞ-ın Delta və United Airlines aviaşirkətləri təhlükəsizlik səbəbindən uçuşlarda insan və ev heyvanına bənzər robotların daşınmasını qadağan edəcəklərini açıqlayıb.
AFN.az xəbər verir ki, The Hill nəşrinin məlumatına görə, Delta və United Airlines aviaşirkətləri əl yükü və baqaj qaydalarında dəyişiklik edəcək.
Yeni qaydalara əsasən, təhlükəsizlik səbəbləri nəzərə alınaraq insan və ev heyvanına bənzər robotların təyyarələrə gətirilməsinə icazə verilməyəcək.
Bildirilib ki, Southwest Airlines da daha əvvəl bir sərnişinin robotla təyyarəyə minməsindən sonra oxşar qərar qəbul etmişdi.
Qeyd olunub ki, bu cür robotların enerji mənbəyi kimi geniş istifadə edilən batareya növləri artıq aviasiyada məhdudlaşdırılıb. Xüsusilə ağır litium-ion batareyalar düzgün istifadə edilmədikdə və ya zədələndikdə yanğın təhlükəsi yarada bildiyi üçün uçuş təhlükəsizliyi baxımından risk hesab olunur.
