İran İordaniyadakı ABŞ hərbi bazasını hədəf aldığını açıqladı



İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın Keşm adasına endirdiyi zərbəyə cavab olaraq İordaniyadakı Muvaffaq Salti Hərbi Hava Bazasına ballistik raketlərlə hücum etdiyini qeyd edib.

AFN.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun yaydığı açıqlamada ABŞ-ın İordaniyada yerləşən Muvaffaq Salti Hərbi Hava Bazasına hücum həyata keçirildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, hücum ABŞ-ın Keşm adasında eyni ailədən 3 nəfərin həyatını itirməsi ilə nəticələnən zərbəsinə cavab olaraq təşkil edilib.

İran tərəfi iddia edib ki, hücum nəticəsində bazada yerləşən 3 ədəd F-35 qırıcı təyyarəsi tamamilə məhv edilib, daha 3 təyyarə zədələnib. Həmçinin bəzi ABŞ hərbçilərinin və texniki heyətin öldüyü irəli sürülüb.

Bundan başqa, İranın Xuzistan vilayətinin Bəndər İmam Xomeyni liman şəhərində bu gün səhər saatlarında ABŞ-a məxsus pilotsuz uçuş aparatının (PUA) aşkar edilərək vurulduğu bildirilib.

Xatırladaq ki, daha əvvəl İordaniya ordusu ölkənin hava hücumundan müdafiə sistemlərinin səhər saatlarında İran tərəfindən buraxıldığı bildirilən 5 ballistik raketi aşkar edərək məhv etdiyini açıqlamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu