İspaniya qanunsuz miqrasiya ilə bağlı Avropadan həmrəylik istəyəcək
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ölkəsinin Şimali Afrikadakı Seuta şəhərinə yönələn qanunsuz miqrant axını ilə əlaqədar Avropa tərəfdaşlarından həmrəylik tələb edəcəklərini bildirib.
AFN.az xəbər verir ki, nazir bu barədə İspaniya Dövlət Televiziyasına (TVE) açıqlamasında danışıb.
El Pais qəzetinin məlumatına görə, Albares Sebta şəhərinə yönələn qanunsuz miqrasiya axını ilə bağlı vəziyyəti dəyərləndirib.
O bildirib ki, Avropa İttifaqına üzv 27 ölkənin daxili işlər nazirlərinin və Avropa Komissiyasının iştirakı ilə sabah keçiriləcək iclasda İspaniya Avropadakı tərəfdaşlarından həmrəylik tələb edəcək.
Albares iddia edib ki, baş verən qanunsuz miqrasiya hadisələrindən sonra "beynəlxalq gerici qüvvələr" koordinasiyalı şəkildə hərəkət edərək vəziyyəti sürətlə şişirdiblər, həmçinin Şengen zonası ilə bağlı yalan və saxta məlumatlar yayıblar.
İspaniyalı nazir əlavə edib ki, Mərakeş yaranmış böhranın həlli üçün ilk gündən etibarən İspaniya ilə əməkdaşlıq edir.

