Türkiyə NATO missiyası çərçivəsində Baltikyanı ölkələrin hava patruluna başlayıb


NATO-nun Baltikyanı ölkələrin hava məkanının qorunması missiyasında (Baltic Air Policing) iştirak etmək üçün Estoniyaya göndərilən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 5 ədəd "F-16" qırıcı təyyarəsi tapşırıqların icrasına başlayıb.

AFN.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən bildirilib.

Hərbi idarədən qeyd edilib ki, 5 qırıcı təyyarə və heyətin Estoniyaya yerləşdirilməsi iyulun 31-də tamamlanıb və onlar avqustun 1-dən vəzifələrinin icrasına başlayıblar. Missiya 2026-cı il noyabrın 30-dək davam edəcək.

Qeyd edək ki, Türkiyə HHQ bundan əvvəl NATO missiyası çərçivəsində Polşanın (2021-ci il iyulun 6-dan sentyabrın 15-dək) və Rumıniyanın (2023-cü il noyabrın 30-dan 2024-cü il aprelin 2-dək) hava məkanında patrul xidməti həyata keçirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu