Taylandda məktəbdə silahlı hücum nəticəsində 7 nəfər öldü, 15 nəfər yaralandı
Taylandın Nonthaburi əyalətindəki məktəbdə baş verən silahlı hücum nəticəsində 7 nəfərin həyatını itirdiyi, 15 nəfərin yaralandığı bildirilib.
AFN.az xəbər verir ki, hadisə paytaxt Banqkokun şimal-qərbində yerləşən Banq Kruai bölgəsindəki Debsirin Nonthaburi məktəbində baş verib.
Hadisədən sonra əraziyə göndərilən ilk yardım qrupları 7 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb.
Polis mənbələri 14 yaşlı hücumçunun məktəbin şagirdi olduğunu və ölü vəziyyətdə tapıldığını bildiriblər.
Hücumdan dərhal sonra müəllimlər şagirdləri və əməkdaşları təhlükəsiz ərazilərə təxliyə edib. Təhlükəsizlik qüvvələri hücumçuya məxsus çantada çoxlu sayda sursat aşkar edib.
Təhlükəsizlik qüvvələrinin məktəbdə və ətraf ərazidə nəzarəti təmin etdiyi, hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilib.

