Malayziya Baş nazirinin xəstəxanaya yerləşdirilməsinin səbəbi bilindi


Malayziyanın Baş naziri Ənvər İbrahim yırtıq müalicəsi ilə bağlı planlı əməliyyat olunması üçün xəstəxanaya yerləşdirilib.

AFN.az xəbər verir ki, bu barədə Baş nazirin müalicə həkimlərinə istinadən "Reuters" agentliyi məlumat yayıb.

"Hazırda o, fizioterapiya müalicəsi alır və bərpa prosesinin uğurla keçməsinə əmin olmaq üçün tibbi ekspertlər qrupunun nəzarəti altındadır", – deyə mətbuatın sitat gətirdiyi həkimlərin bəyanatında qeyd olunur.

Daha əvvəl Baş nazirin ofisi İbrahimin müayinədən keçmək üçün iki gün müddətinə həkim nəzarətinə götürüldüyünü bildirmişdi. Bəyanatda müayinə və müalicənin mahiyyəti ilə bağlı digər təfərrüatlar verilməmişdi. Baş nazirin ofisi əlavə edib ki, İbrahimin tezliklə öz vəzifələrinin icrasına qayıdacağını gözləyir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu