Malayziya Baş naziri iki günlük həkim nəzarətinə götürülüb


Malayziyanın Baş naziri Ənvər İbrahim müayinədən keçmək və bəzi müalicə prosedurlarını almaq üçün iki gün müddətinə həkim nəzarətinə götürülüb.

AFN.az xəbər verir ki, bu barədə Baş nazirin ofisinin "X" sosial şəbəkəsində yayımlanan bəyanatında bildirilir.

"Baş nazir tibbi ekspertlər qrupu tərəfindən təyin edilmiş müayinə və prosedurlardan keçir. Onun iki gün ərzində həkim nəzarətində qalacağı gözlənilir", – deyə bəyanatda qeyd olunur.

Baş nazirin ofisi Ənvər İbrahimin tezliklə öz vəzifələrinin icrasına qayıdacağını gözlədiyini əlavə edib. Bəyanatda müayinə və müalicənin xarakteri ilə bağlı digər təfərrüatlar verilməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu