Hər şey Dobby üçün: “Harri Potter” pərəstişkarları 580 milyon dollarlıq layihənin marşrutunu dəyişdirdi
Böyük Britaniya ilə İrlandiya arasında çəkilməsi planlaşdırılan 430 milyon funt sterlinq (təxminən 580 milyon dollar) dəyərində sualtı elektrik kabeli xəttinin marşrutu dəyişdirilib. Qərar “Harri Potter” pərəstişkarlarının etirazlarından sonra qəbul edilib.
AFN.az xəbər verir ki, Greenlink interconnector layihəsi çərçivəsində çəkiləcək 125 millik kabel xəttinin Uelsin cənub-qərbindəki Freshwater West çimərliyindən keçməsi planlaşdırılırdı.
Sözügedən ərazi “Harri Potter” film adaptasiyasında Dobby obrazının ölüm səhnəsinin çəkildiyi və pərəstişkarların xatirə məzarı yaratdığı bölgədə yerləşir.
Layihənin idarəedicisi Etchea Energy şirkətinin baş direktoru Simon Ludlam iştirak etdiyi proqramda layihənin ilkin planının açıqlanmasından sonra minlərlə telefon zəngi və mesaj aldıqlarını bildirib.
Etirazlardan sonra komandaların hərəkətə keçdiyi və kabel marşrutunun Dobby-nin xatirə məzarına zərər verməyəcək şəkildə yenidən müəyyənləşdirildiyi bildirilib.
Pembrokeshire bölgəsində yerləşən Freshwater West çimərliyi hər il Dobby-nin xatirəsinə buraxılan rənglənmiş daşları və mesajları görmək istəyən minlərlə turisti qəbul edir.
Milli Təhlükəsizlik Qurumu (National Trust) 2022-ci ildə ətraf mühitə həssaslıq səbəbindən ziyarətçilərə çimərliyə corab və bu kimi əşyalar qoymamaq barədə xəbərdarlıq etmiş, lakin xatirə abidəsinin yerində qalmasına icazə vermişdi.

